Pol Kruqman (ing. Paul Robin Krugman; 28 fevral 1953[…], Albani) — amerikalı iqtisadçı, icmalçı və yazıçıdır. Pol Kruqman Prinston Universitetində iqtisadiyyat və beynəlxalq münasibətlər üzrə professordur. O, həmçinin London İqtisadiyyat məktəbində də professordur. Eyni zamanda Nyu York Tayms qəzetində icmalçı olaraq çalışmaqdadır. Pol Kruqman 2008-ci ildə Ticarət modellərinin təhlili və iqtisadi fəaliyyətin yeri haqqında tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Beynəlxalq iqtisadiyyat, ticarət nəzəriyyəsi, iqtisadi coğrafiya və beynəlxalq maliyyə sahəsindəki akademik çalışmaları ilə tanınmaqdadır.
Developed by StudentB